шаблоны joomla

Home Pressroom Press-releases Sosium-2 blog post competition results

Sosium-2 blog post competition results

Nəhayət ki, Gənc Bloqçular Şəbəkəsi tərəfindən keçirilmiş Sosial bloq yazıları müsabiqəsi- 2 başa çatdı  qalibləri elan olundu. Azərbaycan Media Mərkəzində keçirilmiş tədbirdə Gənc Bloqçular Şəbəkəsi layihəsi və keçirilmiş müsabiqə haqqında qısa məlumat verildi, daha sonra və münsiflərə söz verildi. Tədbirin sonuna yaxın isə qaliblərə elan olunaraq diplomlar və mükafatlar təqdim olundu.

Müsabiqənin qalibləri aşağıdakılardır:

I  Yer Teymur Mərdəliyev – Azad insan- Bakı şəhəri

II Yer Aqşin Mahmudov – Hər kəsilən ağacın dili olsaydı – Bakı şəhəri

III Yer İlahə Hacıyeva – Çox bilən çox gəzər – Bakı şəhəri

Digər həvəsləndirici 5 yeri isə Bakı, Gəncə və Şəki şəhərlərindən müsabiqədə iştirak edən bloqçuların yazıları tutdu.

IV Yer Fərid Hacıyev – Səhiyyə nazirliyi yoxsa alqı-satqı mərkəzi – Şəki şəhəri

V  Yer Yaşar Hüseynov – Gəncəlilərin avtobus həsrəti -Gəncə şəhəri

VI Yer Gümüş Fətullayeva – Profil şəkillərimiz – Bakı şəhəri

VII Yer Türkan Devricova – Aslanın erkəyi dişisi olmaz! – Bakı şəhəri

VIII Yer Günel Həsənzadə – Kimə ümidliyik? – Bakı şəhəri

Müsabiqədə Bakı şəhəri ilə yanaşı Sumqayıt, Xırdalan, Gəncə, Şəki, Mingəçevir şəhərlərindən olan bloqçuların ümumilikdə 111 yazısı iştirak edib. Yazılar arasında ən çox toxunulan mövzular ekologiya, nəqliyyat, azadlıq, təhsil, virtual dünya və sağlamlıq mövzuları olub.

Hər bir müsabiqə iştirakçısına təşəkkür edirik və qalib olmayanları həvəsləndirmək üçün Sosial bloq yazıları 3 müsabiqəsi elan edilir. Müsabiqəyə 10 dekabr 2010 10 yanvar 2011-ci ildə yazılmış yazılar qəbul edilir.

Qeyd edək ki, Gənc Blogçular Şəbəkəsi layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq Inkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində maliyyələşdirilir.

Networks

 
 

Join us