“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi 1995-ci ildə yaradılmış və Şəki şəhərində yerləşən qeyri-hökümət təşkilatıdır.
“Uluçay” SİİM-nin əsas missiyası Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dəstək verməkdir.
Təşkilatın əsas vəzifəsi kritik sosial, iqtisadi və vətəndaş cəmiyyəti problemlərinin aşkarlanmasında və Azərbaycanın regional və milli forumlar səviyyəsində qaldırılmasında vətəndaşların və vətəndaş cəmiyyətinin aktiv iştirakına nail olmaqdır.
“Uluçay”ın əsas istiqaməti bitərəf və müstəqil beyin mərkəzi olaraq vətəndaş cəmiyyətinə və dövlət orqanlarına obyektiv informasiyaları təqdim etmək və sinerqetik dialoq vasitəsi ilə cəmiyyətin bütün səviyyələrinə təsir edən siyasətləri yaxşılaşdırmaqdır.
Sosial hərəkatları gücləndirmək üçün koalisiyalar və şəbəkələrlə işləmək, xüsusilə mədəni və təbəqələr arası əlaqələr qurmaq “Uluçay”ın ticarət nişanıdır. Siyasi beyin mərkəzi kimi bizim işimiz unikaldır və sosial və mədəni hüquqlara, iqtisadi maarifləndirmə daxil olmaqla, yerli icmalar (məcburi köçkünlər, media strukturları, kənd təsərrüfatı, özəl sektor - sahibkarlar, gənclər, dovlət strukturlari və s.) arasında sosial dəyişikliyə yeni yanaşmalar gətiririk. Bununla belə, “Uluçay” fəal şəbəkələr və sosial hərəkatlarla siyasəti birləşdirməyə kömək edir.
Əsas prioritetlərimiz aşağıdakılardır:
“Uluçay” SİİM əlavə olaraq, üç bir-biri ilə əlaqəli olan proqram sahələrində iş aparır, bunlar:
“Uluçay” bu işləri təhsil və vəkillik fəaliyyətləri həyata keçirmək ilə Azərbaycanın regional və milli forumları səviyyəsində qaldırır. Məqsəd yalnız yeni siyasi həll yollarını təklif etmək yox, ictimai debatların əsas şərtlərinin təkmilləşdirilməsidir. Bizim əsas məqsədimiz ictimai müzakirələrə və debatlara təkan vermək və bununla belə məlumatlandırılmış vətəndaş arasında gələcəyə doğru yeni baxışın formalaşdırmaqdır.
|
Dəyərlər “Uluçay” əsas prinsip kimi qəbul etdiyi dəyərlər aşağıdakılardır:
|
Metodoloqiya
|
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün, “Uluçay” aşağıda qeyd olunmuş fərqləndirici əlamətləri inkişaf etdirmişdir.
Uluçay bir Təcrübə Mərkəzi olaraq:
“Uluçay” bir Beyin Mərkəzi olaraq:
“Uluçay” Dəyişiklik üçün aşağıdakıları edir:
Donor əlaqələri
“Uluçay” aşağıda qeyd olunan Donorlar vasitə ilə öz proqram və fəaliyyətlərini həyata keçirib və keçirir:
Yaponiyanın Azərbaycandakı Səfirliyi, Milli Demokratiyaya Dəstək Fondu (NED) Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət İnstitutu, Avrasiya Əməkdaşlıq Fondu, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Aclığa Qarşı Hərəkat (ACF), Counterpart İnt., ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Sülh Korpusu, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi, Avropa Komissiyası və s.
Şəbəkə
“Uluçay” Şərqi Avropa və Mərkəzi Asiya biznes inkibatorları və texnoloqiya parkları şəbəkəsinin (ECAbit – Dünya Bankının İnformasiya inkişafı proqramının şəbəkəsidir) üzvüdür. “Uluçay” təşkilatının İcraçı Direktoru – İlyas Səfərli – Avropanın 3cü sektor liderləri şəbəkəsinin (EUCLİD) üzvüdür, eləcə də, Vətəndaş Cəmiyyətinin İnkişaf Effektivliyi üzrə Global Forumun Azərbaycan üzrə Milli Əlaqələndiricisidir.
Gender Yanaşması
“Uluçay” təşkilatı gender məsələlərinə həm təşkilatın özündə, həmi də ki, bütün həyata keçirdiyi layihələrdə xüsusi diqqət yetirilir.
Layihə idarə edilməsi
“Uluçay” layihələrin idarə olunmasında beynəlxalq standartlara uyğun olan layihə idarə olunması, monitorinqi və qiymətləndirilməsi, maliyyə idarə olunması və digər vacib siyasətlərdən istifadə edir. Təşkilatın bütün daxili siyasətləri USAİD tərəfindən maliyyələşən və Counterpart beynəlxalq təşkilatı, Urban İnstitutu və İCNL tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində hazırlanmışdır.